Turan İbrahimov “Space” TV-yə rəhbər təyin edilib? – KOMANDA YIĞIR…backend

“Space” TV-yə yaxın günlərdə rəhbər təyinatı gözlənilir.

“Yeni Gündəm” xəbər verir ki, kanalın yeni rəhbəri təxminən bir ay öncə yenidən “Space”də fəaliyyətə başlamış teleaparıcı Turan İbrahimov olacaq. İddialara görə, T.İbrahimov artıq öz yeni komandasını yığmaqdadır.

Qeyd edək ki, hələ V.Mustafayev telekanala rəhbərlik edərkən Əməkdar artist Tahir İmanovun da adı onun xələfləri sırasında çəkilirdi.

Xatırladaq ki, 2006-cı ildən kanala rəhbərlik edən tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev bir neçə gün öncə vəzifəsindən uzaqlaşdırılıb. //Ölkə.Az