NATO-nun Soyuq Müharibə dövründən bu yana ən böyük təlimi olan “Steadfast Defender 24” təlimi Polşa mərhələsi ilə davam edir. Ötən həftə Polşanın Korzenyevo bölgəsində başlayan “Dragon 24” təlimində Türkiyə də daxil olmaqla 9 ölkə iştirak edir.
“Dragon 24” təlimləri çərçivəsində Baltikyanı ölkələrlə digər Avropa NATO üzvləri arasında nəqliyyatda strateji əhəmiyyətə malik olan Suwalki dəhlizində Vistula çayında istehkam və dispetçer işləri həyata keçirilib.
Türk əsgərləri yerli istehsal olan türk bayraqlı zirehli texnika ilə təlimə qatılıb. Polşa prezidenti Andjey Duda və Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamışın dünən ziyarət etdiyi Dragon 24 təlim mərhələsi martın 14-dək davam edəcək.
Mənbə: hurriyyət.tr
Aynur Camal