Ukraynanın Xerson limanında Türkiyə bayraqlı quru yük gəmisinin vurulduğu iddia edilib. Gəminin batdığı anın görüntüləri sosial mediada paylaşılıb.
Qeydə alınan görüntülərdə vurulan gəminin zədələndiyi və yan üstə uzandığı görünür. NTV-nin xəbərinə görə, “Kuruoğlu 3” gəmisi Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Xerson limanında ilişib qalan gəmilər arasında olub. Heyəti olmayan gəmidə təhlükəsizlik məqsədi ilə bir nəfərin qaldığı və hücum zamanı çöldə olduğu öyrənilib. 10-dan çox türk gəmisi də eyni limanda gözləyir.
Türkiyə gəmisinə hücum zamanı gəmidə ekipajın olmadığı bildirilib. Digər tərəfdən, hücumdan sonra təkər evində yanğının başladığı bildirilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Mənbə: TGRT
Aynur Camal