Bazar ertəsi sessiyanın əvvəlində türk lirəsi ABŞ dolları qarşısında yeni rekord səviyyədə dəyər itirib.
Məlumata görə, 1 ABŞ dolları 23,77 türk lirəsi səviyyəsinə çatıb.
İnvestorlar Türkiyə Mərkəzi Bankının yeni sədrinin təyinatından sonra pul siyasətində dəyişikliklərlə bağlı siqnallar gözləyirlər. Onun uçot dərəcəsini artıracağı gözlənilir.
Carı sessiyadan əvvəl 1 ABŞ dolları 23,6 lirə təşkil edib./Report