Türk Şurası Bayraq Günü münasibətilə Azərbaycanı təbrik etdibackend

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 9 Noyabr – Bayraq Günü münasibətilə paylaşım edib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Türk Şurasının “Twitter” hesabında paylaşım edilib.

“Türk Şurası olaraq qurucu üzvümüz, hazırkı sədrimiz Azərbaycan Respublikasının Dövlət Bayraq Gününü ən səmimi arzularla təbrik edir, Azərbaycanın bayrağı, torpağı və xalqıyla birgə əbədi olaraq var olacağına ümid edirik”, – deyə təbrikdə qeyd olunub.