Ukrayna lideri Zelenski Krım türkü Rustem Umerov müdafiə naziri təyin edildi.
“Yeni Gundem” xəbər verir ki, Umerov daha əvvəl taxıl dəhlizi ilə bağlı danışıqlarda iştirak edib və Ukrayna parlamentində Türkiyə Dostluq Qrupunun sədri vəzifəsində çalışıb.
“Ukraynanın müdafiə nazirini dəyişdirmək qərarına gəldim. Oleksey Reznikov 550 gündən çox davam edən genişmiqyaslı müharibəni yaşayıb. Hesab edirəm ki, nazirliyin həm orduya, həm də cəmiyyətə qarşı yeni yanaşmalara və yeni qarşılıqlı fəaliyyət formalarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov rəhbər təyin etdim” – deyə Zelenski sosial media hesabında yazıb.
O həmçinin parlamentin qətnaməni dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Oleksey Reznikov 2021-ci ildən Ukraynanın müdafiə naziridir. İşdən çıxarılan Reznikov müharibənin başlaması ilə ölkəyə milyardlarla dollarlıq xarici hərbi yardım gətirməyə çalışmışdı. Zaman-zaman korrupsiya qalmaqalları ilə gündəmə gələn Ukrayna ordusunda bir müddətdir ki, nazir dəyişikliyi gözlənilirdi.
Dəyişiklik Ukraynanın 2014-cü ildə ilhaq etdiyi Krıma hücumları artırması ilə baş verib. Təyinatın yaxın günlərdə parlamentdə səsə qoyulacağı gözlənilir.
Mənbə: TGRT
Aynur Camal