Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən beynəlxalq müqavilə “Resmi Gazete”də dərc olunub.
“Yeni Gundem” xəbər verir ki, 22 dekabr 2021-ci il tarixində Bakı şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında mədənçıxarma sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi haqqında qərar “Resmi Gazete”də dərc olunub.
Müvafiq olaraq, Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bağlanmış müqavilə ilə faydalı qazıntıların kəşfiyyatında aparılan işlərin şəffaflığının və etibarlılığının artırılmasına yönəlmiş təcrübələr, tədqiqat və istehsalat, faydalı qazıntı yataqlarının səmərəli istifadəsi və mühafizəsi araşdırılacaq.
Bilik və təcrübə mineral ehtiyatların kəşfiyyatı, geoloji tədqiqatlar və təlim proqramları vasitəsilə paylaşılacaq.
Texniki, texnoloji, elmi və qanunvericilik məlumatları, o cümlədən mədənçıxarma sektorunun inkişafı üzrə elmi və istehsalat statistikası mübadiləsi aparılacaq.
Beynəlxalq səviyyədə qəbul edilmiş standarta uyğun olaraq faydalı qazıntıların kəşfiyyatı fəaliyyəti nəticəsində çıxarılan filizin xüsusiyyətlərini və miqdarını müəyyən etmək üçün tədqiqatlar aparılacaqdır.
Tərəflər arasında mədən ekspertləri üçün treninqlər təşkil olunacaq və ekspert mübadiləsi yolu ilə təcrübə mübadiləsi aparılacaq.
İmzalanacaq hasilatın pay bölgüsü sazişi çərçivəsində aralıq son məhsul təsisi texnologiyasını inkişaf etdirmək üçün əməkdaşlıq qurulacaq və metal mədənləri üzrə birgə tədqiqatlar aparılacaq.

Bundan əlavə, tərəflər sazişin həyata keçirilməsi məqsədilə “Mədən İşçi Qrupu” yaradacaq və hər iki ölkədə mədənçıxarma sahəsində fəaliyyət göstərəcək birgə müəssisələr və/yaxud özəl şirkətlər vasitəsilə birgə fəaliyyət göstərəcəklər.