Xarici işlər naziri Mirzoyan Ankara ilə münasibətləri normallaşdırmaq istədiklərini bildirib. Erməni nazir yaxın vaxtlarda xoş xəbər alacaqlarına ümid etdiklərini bildirib.
“Yeni Gundem” xəbər verir ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağın yollarını axtarır.
Prezident Rəcəb Tayyib Ərdoğan mehriban qonşuluq münasibətləri əsasında tam normallaşma məqsədinə nail ola biləcəklərini bildirib.
Türkiyə-Ermənistan normallaşır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Ankara-İrəvanın normallaşması ilə bağlı gözləntilərini ifadə edib. Parlamentdə çıxış edən Mirzoyan Türkiyə ilə normallaşma prosesinin onlar üçün “çox önəmli” olduğunu vurğulayıb.
“Yaxın vaxtlarda yaxşı xəbər ala bilərik”
“Proses gedir, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması müzakirə olunur.
Mən nikbinliyimi bildirmək istəyirəm ki, ən azından Ermənistan-Türkiyə quru sərhədinin xüsusi bir qrup şəxsə, yəni diplomatik pasporta malik Ermənistan və Türkiyə vətəndaşlarına və bütün vətəndaşlara açılması ilə bağlı tənzimləməmiz bu istiqamətdədir. Ola bilsin ki, yaxın vaxtlarda burada yaxşı xəbərlər olsun”.
Nazir Mirzoyan İranın paytaxtı Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşdüyünü xatırladıb.
Ermənistan xarici işlər naziri keçmiş nazir Mövlud Çavuşoğlu ilə görüşlər keçirdiyini də qeyd edib.
Ararat Mirzoyan əlavə edib ki, Ermənistan dörd qonşusu ilə münasibətləri normallaşdırmaqda maraqlıdır.
Türkiyənin Xarici işlər naziri Fidan, “Bu son əməliyyat Cənubi Qafqazda sabitlik və normallaşma üçün yeni imkanlar pəncərəsi açıb. Vaxt varkən Ermənistan bu fürsətdən daha yaxşı istifadə etməlidir” deyib.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi davam edərkən, Ankara bu məsələdə səylərində səmimi olduğunu vurğulayıb.
Həmçinin iki ölkə arasında aparılan danışıqlar nəticəsində birbaşa hava yük ticarəti qarşısındakı maneələrin aradan qaldırılmasının iki ölkə arasında iqtisadi əlaqələrə ciddi töhfə verəcəyi vurğulanır.
Mənbə: EnSonHaber
Aynur Camal