Türkiyə ilə Somali arasında Somalinin quru və dəniz bloklarında karbohidrogenlər sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Somali mətbuatında yer alan xəbərlərdə Moqadişu rəhbərliyinin də neft portfelini Türkiyə hökumətinə ötürdüyü və Türkiyəyə Somalinin neft ehtiyatlarını müzakirə etmək, satmaq və istehsal etmək səlahiyyətini verdiyi iddia edilib.
Ötən ay iki ölkə arasında Türkiyə tərəfindən Somali ərazi sularının terrorizm və piratçılığa qarşı qorunmasını nəzərdə tutan 10 illik müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal