“Türkiyə kimi İHA istehsal etməliyik”backend

Yunanıstan naziri Dendias misal olaraq son illərdə addımlar atan Türkiyənin İHA sənayesini göstərib.

Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyəni misal çəkərək, həm əvvəlkindən daha güclü dəniz qüvvələrinə malik olmaları, həm də Pilotsuz Uçuş Aparatları (PUA) istehsal etməli olduqlarını bildirib.

Dendias Larisa şəhərində təmsil etdiyi Yeni Demokratiya partiyasının gənclər təşkilatlarının təşkil etdiyi tədbirdəki çıxışında “Bizi “pul atmaqda” ittiham edənlər Egeydən kənarda hansı gəmilərin tikildiyinə baxsınlar. Bu gəmilər Egeyi gəzmək və ya prezident Ərdoğanın təməlqoyma mərasimlərində iştirak etmək üçün tikilmir.

“Yunanıstanın hər zamankindən daha güclü dəniz qüvvələri olmalıdır” deyib.

Nazir Dendias da Yunanıstanın İHA istehsalına başlaması lazım olduğunu ifadə edərək, “Türkiyə İHA istehsal edərkən, Yunanıstanın da eyni şeyi etməməsi üçün heç bir səbəb yoxdur” deyib. Türkiyə ilə Yunanıstan arasında münasibətlərin son vaxtlar normallaşmasına baxmayaraq, Dendias Afinada Ankara ilə münasibətlərə uzaqdan yanaşan simalardan biri olmaqda davam edir.

Mənbə: hurriyyət.tr

Aynur Camal