Türkiyə prezident administrasiyası Azərbaycan – Ermənistan münasibətləri haqqında bəyanat yaydıbackend

Azərbaycanla sülh sazişinin imzalanmasının ləngiməsi onu göstərir ki, Ermənistan hakimiyyətinin regionda başqa maraqları var.

“Yeni Gundem” Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirlər Türkiyə prezident administrasiyasının bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycanın maraqları regionda sülhün və sabitliyin təmin olunmasıdır: “Rəsmi Bakı regionun inkişafında maraqlıdır və bu, Azərbaycanın 44 gündən sonra regionda apardığı quruculuq işlərindən aydın görünür.

“Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamalıdır. Türkiyə həmişə olduğu kimi Azərbaycanın yanındadır, Ankara ilə Bakının qardaşlığı sarsılmazdır”, -deyə bəyanatda deyilir.