Türkiyə səfiri Cahit Bağçıdan başsağlığıbackend

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dövlət sərhədində Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçuların yaxınlarına başsağlığı verib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında paylaşım edib.

“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbr diləyirik. Başımız sağ olsun”, – paylaşımda deyilir.