Türkiyə Səfirliyi Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vətəndaşlarını səsverməyə dəvət edib.
”Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyə səfirliyi məlumat yayıb.
“Prezident seçkilərinin ikinci turu üçün səsvermə səfirliyimizdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında keçiriləcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Nəticələrə əsasən, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib. Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-i baş tutacaq.