Türkiyə və Əfqanıstanın Azərbaycandakı səfirləri görüşdübackend

Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı Əfqanıstan səfirliyi feysbukda yayıb.

“Görüş zamanı tərəflər sülh prosesi, xarici qüvvələrin Əfqanıstandan çıxması, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər. Onlar hər iki səfirlik arasında əməkdaşlığın artırılmasının vacib olduğunu vurğulayıblar”, – diplomatik nümayəndəlikdən bildirilib.