Türkiyə vətəndaşları da orduya çağırılacaqmı?backend

Türkiyə vətəndaşları da təsirlənəcəkmi? Almaniyada mübahisəli plan: Əcnəbilər orduya çağırılacaq! “Biz müharibəyə hazır olmalıyıq”.

Almaniya orduda kadr çatışmazlığı səbəbindən vətəndaşlığı olmayan əcnəbiləri orduya qəbul etməyi planlaşdırır. Almaniyanın müdafiə naziri Boris Pistorius bu təcrübəni müdafiə edib. Lakin ekspertlər bundan narahat olublar.

Almaniya son bəyanatlarında Rusiya ilə mümkün müharibəyə “hazır” olduğunu vurğulasa da, Almaniya Silahlı Qüvvələri (Bundesver) ciddi kadr böhranı içindədir.

Alman mətbuatında yer alan xəbərlərə görə, hal-hazırda Almaniya ordusunda təxminən 180 min kişi və qadın xidmət edir. Bu rəqəmin 2031-ci ilə qədər 203 minə çatdırılması hədəflənir, lakin əhalinin qocalması və işçi qüvvəsinin olmaması səbəbindən bu ilki kəsir belə 20 min əsgər doldurula bilməz.

Almaniyanın müdafiə naziri Boris Pistorius bu yaxınlarda “Tagesspiegel” qəzetinə müsahibəsində kadr çatışmazlığının aradan qaldırılması üçün tədbirlər görüldüyünü və Almaniya ordusuna əcnəbilərin cəlb edilməsi təklifinin diqqətlə araşdırıldığını açıqlayıb.

Təfərrüatları hələ tam açıqlanmayan plana əsasən, Almaniyada yaşayan, lakin vətəndaşlığı olmayan ikinci və üçüncü nəsil mühacirlərin işə götürülməsi planlaşdırılır.

Bildirilir ki, ana müxalifət partiyası olan Xristian Demokratik Birlik (CDU) və onun hökumət tərəfdaşı Azad Demokrat Partiyası (FDP) də təklifə müsbət yanaşır.

 Planın reallaşacağı təqdirdə Almaniyada yaşayan türklərə təsir edib-etməyəcəyi hələ bilinmir, lakin FDP millət vəkilləri işə götürüləcək əcnəbilərin Avropadan seçilməli olduğunu vurğulayırlar.

Almaniyanın ZDF kanalı sözügedən tətbiqin hərbi xidmətdə olan şəxslərin Almaniya vətəndaşlığını əldə etmələrini asanlaşdıracağını yazıb.

Alman vətəndaşlığı olmayanların orduya cəlb edilməsi ölkədə uzun müddətdir səslənən bir təklifdir. Müdafiə naziri Pistorius Almaniyanın Avropada bu praktikanı tətbiq edən ilk ölkə olmayacağını vurğulayaraq, “Biz müharibəyə hazır olmalıdır”. Almaniyanın “Bild” qəzeti bu gün mövzu ilə bağlı ətraflı təhlilində “Çox az sayda alman əsgərlik etdiyi üçün bu işi artıq əcnəbilərin görməsi nəzərdə tutulur” deyərək, örnək nümunələri oxucuları ilə paylaşıb.

Qəzetin yazdığına görə, Belçika hərbi yaşda olan bütün Aİ vətəndaşlarına orduya qoşulmağa icazə verir. Danimarka həmçinin Aİ vətəndaşlarını öz dillərində danışmaq şərti ilə hərbi xidmətə qəbul edir. İrlandiya isə hətta beş ildən artıq ölkədə yaşayan üçüncü ölkə vətəndaşlarını belə öz ordusuna qəbul edir.

Almaniyanın məşhur hərbi tarixçisi Sönke Neitzel Bild-ə açıqlamasında “Alman olmayan biri xarici ölkə üçün döyüşərmi?” Bundesver Universitetindən tarixçi Michael Wolffsohn sualın ən vacib məqam olduğunu vurğulayarkən, kadr çatışmazlığının uzun illərdir davam etdiyinə diqqət çəkərək, “Artıq öz ölkəsini müdafiə etmək istəyən kifayət qədər vətəndaş yoxdursa, bu, sosial iflas deməkdir” deyib.

Keçmiş müdafiə naziri Frans Josef Jung, boş kazarmalar nəzərə alınmaqla təklifin qiymətləndirilə biləcəyini ifadə edərək, “Əgər hərbi xidmətə çağırılacaq şəxslər kifayət qədər uzun müddətdir bizimlə yaşayan və Almaniya ilə güclü əlaqələri olan AB vətəndaşlarıdırsa, bu təklifi edə bilərlər”. O bildirib ki, indiki vəziyyətdə əsas səhv “məcburi hərbi xidmət”in ləğvidir.

Mənbə: hurriyyət.tr

Aynur Camal