Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.
“Yeni Gundem” xəbər verir ki, həmçinin bu gün Türkiyə Silahlı Qüvvələri Günüdür.
Zəfər Bayramının 101-ci ildönümü bütün ölkədə coşqu ilə qeyd olunur.
Belə ki, bayramla əlaqədar olaraq İstanbul, Kahramanmaraş, Malatya, Kayseri, Sivas, Qaziantep, Şanlıurfa, Antalya, Muğla, İzmir, Dənizli, Mersin, Hatay və bir sıra başqa şəhərlər bayraqlarla bəzədilib, təmtəraqlı tədbirlər keçirilir.
Qeyd edək ki, Zəfər Bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən “Baş komandanlıq meydan müharibəsi” sayılan “Büyük Taarruz”u bayrametmə günüdür.
İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.