Xəbər verdiyimiz kimi, dünən Türkiyədə ard-arda güclü zəlzələlər qeydə alınıb.
“Yeni Gundem” Haber.Global-a istinadən xəbər verir ki, axşam saatlarında Malatyanın Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib. AFAD-dan verilən məlumata görə, zəlzələ yerin 7 km dərinliyində olub. Malatya ilə yanaşı təbii fəlakət Şanlıurfa, Elazığ, Kahramanmaraş, Qaziantepdə də hiss edilib. 20-dən çox insan yüngül xəsarətlər alıb, bir tərk edilmiş bina dağılıb.
Bundan başqa, səhər saatlarında da Bingöldə 4,3 böyüklüyündə zəlzələ qeydə alınıb.
Qeyd edək ki, təkcə dünən Türkiyənin müxtəlif bölgələrində 3 baldan çox 7 zəlzələ olub.
Malatydada 5,3 maqnitudalı zəlzələ anı