Türkiyədə Sabahdan 65 yaşdan yuxarı vətəndaşlar üçün qrip peyvəndi tətbiqinə başlanılırbackend

Səhiyyə naziri Fahrettin Koca bildirib ki, sabahdan etibarən 65 yaşdan yuxarı və xroniki xəstəliyi olan 65 yaşdan aşağı bütün vətəndaşlar üçün normal cədvəl üzrə qripə qarşı peyvəndlərə başlanılacaq.

“Yeni Gundem” xəbər verir ki, nazir Koca sosial media hesabından verdiyi açıqlamada bu sözləri deyib:

“Sentyabrın 15-dən 65 və yuxarı yaşda olan bütün vətəndaşlarımız və xroniki xəstəlikləri olan 65 yaşa qədər xəstələrimiz üçün qripə qarşı peyvənd adi təqvimlə başlayır. Qripə qarşı peyvənd qripə yoluxma riskini azaldır və xəstəliyin şiddətini yüngülləşdirir. Qrip xüsusilə 65 yaşdan yuxarı və xroniki xəstəlikləri olanlar üçün təsirlidir: “İnsanlarda sətəlcəm, bronxit, sinüzit, qulaq infeksiyası kimi ağırlaşmalara səbəb olur. Qrip peyvəndimizi mütləq alaq. Həkiminizə müraciət edərək reseptinizi ala bilərsiniz”.