Türkiyədən Qəzzaya 208 ton humanitar yardım göndərilibbackend

Türkiyənin Milli Müdafiə Nazirliyi indiyədək 11 təyyarə ilə sionist işğal rejiminin hücumuna məruz qalan Qəzzəyə 208 ton humanitar yardım və 5 ton tibbi ləvazimat göndərildiyini açıqlayıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Kont-Admiral Zeki Aktürk məlumat verib.

Münaqişədə 4 günlük humanitar fasilə elan edilməsi ilə bağlı əldə edilən razılaşmanı “müsbət bir inkişaf” olaraq xarakterizə edən Aktürk, “Ümid edirik ki, razılaşmaya tam əməl olunacaq və bu humanitar fasilə münaqişələrin sona çatmasına səbəb olacaq. Gözləntimiz sülhə gətirib çıxarmaq və axan qanı dayandırmaq üçün səylərin göstərilməsidir”- deyib.

Türkiyənin Qəzzaya etdiyi yardımlarla bağlı məlumat verən Aktürk, Səhiyyə Nazirliyi ilə koordinasiyada həyata keçirilən humanitar yardım çərçivəsində indiyədək bölgəyə 11 təyyarə ilə 208 ton humanitar yardım materialı və 5 ton tibbi ləvazimat daşındığını bildirib.

Mənbə: İLKHA

Aynur Camal