Türkiyəli bəy nikah masasından uzaqlaşdırıldıbackend

Türkiyəli bəy Avstriyada həyatının şokunu yaşayıb:

Avstriyada Həmzə adlı 27 yaşlı Türkiyə vətəndaşının evlilik sevinci yarımçıq qalıb. Toy mərasimində olarkən ‘ölkədə qeyri-qanuni olduğu’ əsası ilə səlahiyyətlilər tərəfindən əlindən alınan Həmzənin deportasiya ediləcəyi öyrənilib. Avstriyada diqqətçəkən hadisə baş verib.

Cütlük hələ evliliyə “hə” demədiyi bir vaxtda Federal İmmiqrasiya və Sığınacaq İdarəsinin 12 məmuru qəfil salona daxil olaraq Həmzəni gözlənilməz anda yaxalayıb.

 27 yaşlı Həmzə ərə getməmiş nikah masasından uzaqlaşdırılıb.

Səlahiyyətlilər Həmzənin ölkədə qeyri-qanuni olaraq qaldığını bildirib və gənci toy mərasimindən uzaqlaşdırıb.

Həmzənin vəkili Qreqor Klammer, “Həmzə çərşənbə axşamı axşam saat 19.10-da Türkiyəyə göndəriləcək. Oradan onun hərbi xidmətə göndərilməsi gözlənilir” deyib. Klammer həmçinin Avstriyanın bu addımının qanunsuz olduğunu bildirib.

“Birdən Federal İmmiqrasiya və Sığınacaq Xidmətindən 12 məmur içəri girdi”.

Almaniyanın “Bild” qəzetinə danışan gəlin Gündülə göz yaşlarına boğulduğunu bildirib. Gündula, “Toy zamanı məmur qəfildən masadan qalxaraq nəsə alacağını söyləyib. Həmin vaxt Ed Sheeranın “Perfect” mahnısı səslənirdi. Və birdən Federal İmmiqrasiya və Sığınacaq Xidmətindən 12 məmur içəri girdi” deyib.

Digər tərəfdən, Gündülanın hadisədən sonra xəstələndiyi, gənc qadının 17 ildir Avstriyada yaşadığı bildirilib.

“Onların işdə və ya evdə onu tutmaq üçün minlərlə imkanları var idi, lakin bu travmatik təcrübə ilə bizi ayırdılar” deyib.

Nəhayət, Bild qəzeti cütlüyün Vyanada bir restoranda işləyərkən tanış olduğunu bildirib. Qeyd olunub ki, psixologiya ixtisası üzrə təhsil alan Gündülə ofisiant, Həmzə isə aşpaz olub.

Mənbə: EnSonHaber

Aynur Camal