Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib – FOTObackend

Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 4 iyun 2021-ci il tarixində görüş olub.

“Yeni Gündəm” xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.