Almaniyada koalisiya hökuməti yeni vətəndaşlıq qanunu ilə bağlı razılığa gəlib. Ölkədə yaşayan türklər üçün də ikili vətəndaşlıq açılıb.
Almaniyada Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP) və Yaşıllardan ibarət koalisiya hökuməti yeni vətəndaşlıq qanunu ilə bağlı razılığa gəlib. Qanunun yeni ilin ilk ayında Bundestaqda müzakirəyə çıxarılacağı düşünülür.
Noyabrın 30-da parlamentdə ilk müzakirəsi keçirilən qanun layihəsi qanun olarsa, ölkədə yaşayan türklərin ikili vətəndaşlığa yol açacaq.
Qanun layihəsi qanuna çevrilərsə, əvvəllər məhdud sayda vətəndaşa şamil edilən ikili vətəndaşlıq hüququ hər kəs üçün genişlənəcək, əcnəbilərin Almaniya vətəndaşı olması şərtləri də yüngülləşdiriləcək.
Müvafiq olaraq, vətəndaşlıq üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə endiriləcək.
Almaniyada iş və ya təhsil sahəsində uğur qazanan, könüllülük fəaliyyəti ilə məşğul olmaq kimi həyat şəraitinə uyğunlaşmaq üçün xüsusi səy göstərənlər üçün bu müddət 3 ilə endirilə bilər.
İkili vətəndaşlığa icazə verən qanun layihəsi çoxlu vətəndaşlığa da icazə verəcək. Eyni zamanda, xarici ölkə vətəndaşı olanların Almaniya vətəndaşlığını itirəcəklərini bildirən tənzimləmə də aradan qaldırılacaq.
Valideynlərdən biri Almaniyada 5 il qanuni yaşayıbsa, ölkədə doğulmuş əcnəbi uşaqlar Almaniya pasportu ala biləcəklər. Bundan əlavə, uşaqlar valideynlərinin vətəndaşlığını qorumaqla ikili vətəndaşlıq əldə edə biləcəklər.
Qanun layihəsi, həmçinin Əmək Müqaviləsi çərçivəsində Almaniya Federativ Respublikasına (Qərbi Almaniya) 30 iyun 1974-cü ilə qədər və keçmiş Almaniya Demokratik Respublikasına (Şərqi Almaniya) iyunun 13-dək müqaviləli işçi kimi gələn “qonaq işçilər” üçün tənzimləməni də əhatə edir.
Mənbə: TGRT
Aynur Camal