TV-nin keçmiş prezidentinin qızının nişanlısı “Twitter”də pay sahibidirbackend

Xəbər verdiyimiz kimi, ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızı Gültəkinin nişanı olub.

Onun ailə qurmağa hazırlaşdığı şəxs tanınmış proqramçı Tural Bədirxanlıdır.

ABŞ-da Masaçusets Texnologiya İnstitutunun məzunu olan Tural digər iki həmkarı ilə birlikdə “Namo Media” interaktiv reklam proqramını yaradıb və “Twitter”ə satıb. O, bunun qarşılığında 50 milyon dollar alıb və eyni zamanda, şirkətdə pay sahibi olub.

Tural həmçinin 2 il “Google”un işçisi olub.

O, 1986-cı ildə Quba rayonunda dünyaya göz açıb.

Axşam.az