Qırğızıstanın Batken şəhərində Qırğızıstan, Özbəkistan və Tacikistan hökumətlərinin nümayəndə heyətlərinin görüşləri keçirilib.
“Yeni Gündəm” xəbər verir ki, danışıqlar zamanı üç ölkənin sərhədlərinin kəsişdiyi nöqtələrin dəqiqləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
“Görüşlər dostluq və qarşılıqlı anlaşma ruhunda keçib”, – məlumatda deyilir.
Əlavə edilib ki, növbəti görüş Tacikistan ərazisində baş tutacaq.