Üç ton sikkəyə görə məhkəməlik oldubackend

ABŞ-da JMF Enterprises adlı şirkət Fired Up Fabrication MMC-yə olan 23500 dollarlıq borcunu üç ton sikkə ilə ödəmək istəyib.

“Yeni Gundem” xəbər verir ki, Fired Up Fabrication ödənişi qəbul etməyib və hadisəni məhkəməyə verib. Kolorado ştatının Larimer məhkəməsi borcun sikkələrlə ödənilməsi tələbini rədd edərək, bunun pis niyyət olduğunu bildirib.

Digər tərəfdən, iddiaçı şirkət çatdırılma zamanı yaranan problemlərə və sərf olunan vaxta görə 8 min dollar təzminat tələb edib.

ABŞ şirkətinin başqa şirkətə olan 23 500 dollarlıq borcunu üç ton sikkə ilə ödəmək tələbi məhkəmə tərəfindən rədd edilib. JMF Enterprises adlı şirkət Fired Up Fabrication MMC-yə olan borcunu təxminən 3 ton ağırlığında sikkələrlə ödəmək istəyib.

Kolorado ştatının Larimer məhkəməsində baxılan işdə hakim Cozef Findli borcun sikkələrlə ödənilməsi tələbində pis niyyət aşkar edib. Qərarda qeyd olunub ki, sikkələr qanuni ödəniş vasitəsi olsa da, bu böyük məbləğ qəbul edilə bilməz.

Verilən əsaslandırma ondan ibarət idi ki, sikkələrin sayılmasına sərf olunan xərc və vaxt pulun dəyərini aşağı salacaq. Digər tərəfdən, iddiaçı şirkət sikkələrin çatdırılmasından yaranan problemlərin həllinə sərf etdikləri vaxta görə 8 min dollar təzminat tələb edib. Məhkəmə ərizəyə baxıb.

Xatırladaq ki, JMF Fired Up şirkətini tikinti layihəsində işləmək üçün subpodratçı kimi işə götürmüşdü. Lakin iş bitdikdən sonra şirkətə pul verilmədiyi iddia edilir. Keçən iyulda aparılan vasitəçilik danışıqlarında JMF subpodratçıya 23,500 dollar ödəməyə razılaşmışdı, lakin onun necə ödəyəcəyi barədə dəqiq heç nə deməyib.

Razılaşmadan sonra minlərlə sikkə təxminən 7 həftə əvvəl pikapla şirkətin vəkili Danielle Beem-in ofisinə çatdırılıb. Cavabdehin göndərdiyi qutular dörddəbir, qəpik, nikel və qəpiklərdən ibarət olub. Vasitəçi müqaviləsində ödəniş üsulu ilə bağlı xüsusi şərtlərin olmadığını bildirən JMF-nin hüquq qrupu iddiaçıya sataşmaq, vaxt itirmək və razılaşmanın qarşısını almaq niyyətlərinin olmadığını iddia edib.

Mənbə: TGRT

Aynur Camal