Üçqat virus epidemiyası gözlənilir?backend

Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universitetinin Böyüklərin Yoluxucu Xəstəlikləri və Epidemiologiya kafedrasının müdiri Yelena Esaulenko “Rusiyada mövsümi viruslar, qrip və COVID-19 daxil olmaqla tridemik və ya üçqat epidemiya gözlənilir” – deyib.

“Biz yeni virus reallığı formalaşdırmışıq, ona uyğun olaraq xəstələrin müalicəsi üçün taktika qururuq. Hər üç xəstəliyin simptomları çox oxşardır, ona görə də dəqiq diaqnoz qoymaq kifayət qədər çətindir”, – həkim vurğulayıb.

Mütəxəssis həmçinin bildirib ki, ağır xəstəliklərin mümkün inkişafını, bakterial infeksiyaların əlavə olunmasını və xroniki xəstəliklərin kəskinləşməsini də nəzərə almaq lazımdır. Bununla belə, həkimlər mövsümə tam hazırdırlar. Esaulenkonun sözlərinə görə, kliniki təlimatlar var, diaqnostik imkanlar daim təkmilləşdirilir, yeni dərmanlar yaranır.

Onun sözlərinə görə, koronavirus artıq pandemiyanın başlanğıcındakı qədər təhlükəli deyil. İndi dözmək daha asandır, lakin onun yoluxuculuğu artıb və “Eris” və “Pirola” kimi yeni ştamlar meydana çıxır.

Eyni zamanda məlumat verilib ki, 2023-2024-cü illərin tənəffüs mövsümünə həsr olunmuş “Yeni mövsüm – köhnə problemlər” beynəlxalq iştirakı ilə Ümumrusiya elmi-praktik konfransı keçirilir. Burada Velikiy Novqorod, Sankt-Peterburq, Moskva və Kaluqa vilayətinin praktiki həkimləri iştirak edirlər.

Mənbə: mail.ru

Aynur Camal