Uçurumda qapalı qaldı, 2 gün sonra xilas edildibackend

ABŞ-da avtomobili uçuruma düşərək 2 gün yolda qalan sürücü axtarışlardan sonra xilas edilib. Sürücünün orta dərəcəli xəsarət aldığı və müalicəsinin aparıldığı açıqlanıb. ABŞ-ın Kaliforniya ştatında avtomobil idarə edərkən maraldan qaçmağa çalışan sürücü idarəetməni itirərək maşını ilə uçuruma düşüb.

Yerli bir işdə işləyən sürücünün bazar günü gecə evə qayıtmaması xəbərini alan səlahiyyətlilər, çərşənbə axşamı Big Sur sahili ilə Karmel şəhəri arasındakı sahil zolağında axtarışlara başlayıb.

Kaliforniya Yol Patrulunun dünən verdiyi açıqlamada, sürücünün uçurumun təxminən 400 metr altında, avtomobilinin yanında bir parçanı yelləyərkən tapıldığı bildirilib.

Açıqlamada sürücünün 2 gün ilişib qaldığı qayalıqdan vertolyotla xilas edildiyi qeyd edilib. Sürücünün orta dərəcəli xəsarətlər aldığı və Salinas şəhərindəki tibb mərkəzinə aparıldığı açıqlanıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal