Uçuşlar və qatar xidmətləri ləğv edildibackend

Yaponiyada yağan güclü qar səbəbindən daxili reyslər və qatar reysləri ləğv edilib. Bildirilib ki, 24 saat ərzində qarın qalınlığı Niiqata əyalətində 90 santimetrə, Kinki bölgəsində 80 santimetrə, Hokuriku, Tohoku, Tokay və Çuqoku bölgələrində isə 70 santimetrə çata bilər.

Dünən gecədən etibarən Yaponiyanın müxtəlif bölgələrinə yağan güclü qar həyata mənfi təsir edib. Osaka və Naqoya əyalətlərini birləşdirən Meişin Ekspress yolunda onlarla avtomobil qapalı qalarkən, təxminən 5 kilometrlik avtomobil növbəsi yaranıb. Şiqa, Kyoto və Hyoqo əyalətlərində güclü qarın yol nəqliyyatının təsirləndiyi bildirilərkən, Niiqata əyalətində Kan-Etsu şosesində yük maşınının avtobusla toqquşması nəticəsində 10 nəfərin yaralandığı bildirilib.

Güclü qar hava və dəmir yolu nəqliyyatında da aksamalara səbəb olub. Hokkaydo əyalətindəki Vakkanai hava limanı ilə Toyama əyalətindəki Toyama hava limanı arasında planlaşdırılan ən azı 13 reysin ləğv edildiyi açıqlanıb. Dəmir yolu operatoru JR bir çox məhdud ekspress qatar xidmətlərinin ləğv edildiyini açıqlasa da, bəzi yüksək sürətli qatar xidmətlərinin sayının azaldıldığı və müvəqqəti olaraq dayandırıldığı bildirilib.

Yaponiya Meteorologiya Agentliyi (JMA) ölkəni təsir edən soyuq dalğanın sabah geniş ərazilərdə qar yağmasına səbəb olacağı barədə xəbərdarlıq edib. Qəfil yağan qarın Fukui və Şiqa əyalətlərində geniş miqyaslı tıxaclara səbəb ola biləcəyi bildirilərkən, qarın qalınlığının Niiqata əyalətində 90, Kinki bölgəsində 80, Hokuriku, Tohoku, Tokai və 70 santimetrə çata biləcəyi qeyd edilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal