Ukrayna ənənəvi olaraq Rusiyanın da istifadə etdiyi Julian təqvimindən istifadə edir.
Qeyd edək ki, bu il Milad bayramı yanvarın 7-nə təsadüf edir. Ölkə indi Rusiyadan bir addım da uzaqlaşacaq və Milad bayramını gündəlik həyatda istifadə etdiyi Qərb təqvimi ilə qeyd edəcək. Ukraynalı pravoslav xristianların əksəriyyəti bu il ilk dəfə Milad bayramını dekabrın 25-də qeyd etməyə hazırlaşır.
Ukrayna prezidenti Vladimir Zelenski iyul ayında qanunu dəyişərək ukraynalıların Milad bayramını yanvarda qeyd etmələrinə səbəb olan “Rusiya irsindən” imtina etmələrinə yol açıb.
Bazar günü axşam yaydığı Milad mesajında Zelenski bütün ukraynalıların indi bir yerdə olduğunu söyləyib.
Zelenski mesajında, “Biz hamımız Milad bayramını birlikdə qeyd edirik. Eyni tarixdə, bir böyük ailə, bir millət, bir ürəkli bir ölkə olaraq” deyib.
Yeni qurulan müstəqil kilsə olan və ilk ibadətini 2019-cu ildə keçirən Ukrayna Pravoslav Kilsəsi də Milad tarixini 25 dekabra dəyişdirib. Kilsə Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsinə və Ukraynanın şərqindəki separatçılara dəstəyinə görə Rus Pravoslav Kilsəsindən rəsmən ayrılıb.
Müharibədən az ziyan çəkən qərbdəki Lvov şəhərində ənənəvi geyimdə olan uşaqlar küçələrdə ilahilər oxuyub, bayram yürüşlərində iştirak ediblər.
Bazar günü ölkə daxilində insanlar dua edib və şam yandırıblar.
Mənbə: Ntv.Tr
Aynur Camal