“Ukrayna daha da çox ərazi itirəcək”backend

Almaniya Ukraynanın daha da böyük ərazilərini itirəcəyini proqnozlaşdırıb.

Alman iş adamı Dotcom bildirib ki, Ukrayna daha da çox ərazi itirəcək.

Alman əsilli Finlandiya sahibkarı və ən böyük fayl hostinqi Megaupload xidmətinin keçmiş sahibi Kim Dotcom X sosial şəbəkəsində (keçmiş Twitter) Ukraynanın Rusiya ilə münaqişə bitdikdən sonra daha da çox ərazi itirəcəyini bildirib. O, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı hərbsizləşdirilmiş xəttlə bağlı sözlərini belə şərh edib.

“Putin Rusiyanın yeni ərazilərini qorumaq üçün Ukraynada geniş sanitar zona yaradacağını bəyan edib. (…) Ukrayna daha da çox ərazi itirəcək”, – iş adamı yazıb.

Onun fikrincə, Rusiya ordusu bu ilin yazında genişmiqyaslı hücuma keçəcək. Və bunun fonunda Ukrayna daha bir neçə regionu itirərsə, bu, ABŞ prezidenti Co Baydeni qarşıdan gələn seçkilərdə xoşagəlməz şəklə salacaq.

Bundan əvvəl, yanvarın 31-də Putin bildirmişdi ki, ölkənin Silahlı Qüvvələri Ukraynadakı hərbisizləşdirilmiş zonanı Rusiya ərazisini atəşə tutmaqdan qoruyacaq məsafəyə köçürmək niyyətindədir.

Mənbə: Lenta.Ru

Aynur Camal