Rusiya naziri Şoyqu yenidən ABŞ və Qərb ölkələrini hədəfə alıb: Ukrayna əsgərlərini ölümə məcbur edirlər!
Rusiyanın müdafiə naziri Sergey Şoyqu yenidən ABŞ-ı hədəfə alıb. ABŞ-ın ukraynalıların həyatı bahasına dünya lideri olmağı hədəflədiyini iddia edən Şoyqu Qərb ölkələrini də günahlandırıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi rəsmilərlə görüşündə Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib. Şoyqu yenidən ABŞ və Qərb ölkələrini hədəfə alıb. Rusiya hərbi birləşmələrinin Ukrayna ordusunun döyüş potensialını azaltdığını bildirən Şoyqu, “Ötən il düşmənin itkiləri 215 min nəfəri və 28 mini silahını ötüb. Bütün cəbhə xətti boyunca strateji təşəbbüsü qoruyub saxlayırıq” deyib.
ABŞ-ın Ukrayna ilə bağlı siyasətini dəyərləndirən Şoyqu deyib: “ABŞ Ukrayna birləşmələrinin insan resurslarının tükənməsinə və döyüş meydanında nəticə əldə edə bilməməsinə baxmayaraq, ukraynalıların həyatı bahasına dünyada lider olmaq məqsədinə nail olmağa çalışır. Kiyev administrasiyası, Qərb ölkələrini rəhbər tutaraq əsgərlərini ölməyə məcbur edir və ordunun sıralarını artırmaq üçün hər cür fürsət axtarır.Təbii ki, bu, təmas xəttindədir “Bu, vəziyyəti dəyişməyəcək, yalnız münaqişəni uzadacaq. Biz xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmağa davam edirik”.
Rusiyanın nüvə triadasının döyüş hazırlığının ən yüksək səviyyədə saxlanması baxımından əhəmiyyətini vurğulayan Şoyqu Rusiya ordusu və donanmasını müasir silahlarla təchiz etməyə davam edəcəklərini bildirib.
Şoyqu Ukraynada döyüşən qoşunlara silah göndərilməsini və pilotsuz uçuş aparatlarının kütləvi istehsalını davam etdirəcəklərini bəyan edib.
Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya müdaxiləsi ilə başlayan Rusiya-Ukrayna müharibəsi iki ilə yaxındır ki, davam edir. Müharibənin ilk günlərində gərgin münaqişə dövrlərindən sonra hər iki tərəf indi meydanda irəliləyə bilmir. Çünki tərəflər uzun müddətdir ki, mövqelərini dəyişmirlər.
İsrail-Fələstin müharibəsinin başlaması ilə diqqətin onlardan çəkildiyini deyən Ukrayna prezidenti Vladimir Zelenski və administrasiyası Qərbdən dəstəyin azalmasından narahat olduqlarını bildirirlər. Rusiya Ukraynaya qarşı müdafiə mövqeyini davam etdirərkən, Gürcüstanda yeni baza yaratmağa hazırlaşması diqqət çəkir.
Mənbə: TGRT
Aynur Camal