Ukrayna NATO üzvü deyil, Rusiya ilə Avropa arasında körpü olmalıdır.
“Yeni Gundem” xəbər verir ki, bunu İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində Fransanın keçmiş prezidenti Nikolya Sarkozi deyib.
“Ukraynanın özünü müdafiə etmək hüququ var. Bununla belə, nəyin bahasına olursa olsun, Ukraynanın NATO üzvlüyünü qorumağa çalışmaq düzgün deyil. Ukraynanın çağırışı, təbii ki, beynəlxalq ictimaiyyət tərəfindən çox güclü təhlükəsizlik zəmanəti ilə neytral ölkə olaraq qalmaq və yenidən Rusiya ilə Avropa arasında körpü olmalıdır”, – deyə Fransanın keçmiş lideri bildirib.
Sarkozi prezidentliyi dövründə Ukrayna və Gürcüstanın NATO strukturlarına inteqrasiyasının əleyhinə olduğunu da vurğulayıb. Bundan əlavə, o, Fransanın hazırkı prezidenti Emmanuel Makronun Rusiya ilə dialoqu çox erkən bitirməsindən təəssüfləndiyini bildirib.
Daha əvvəl prezident Nikola Sarkozinin keçmiş dövlət katibi Pyer Leluş Qərbin Rusiyanın Ukrayna ilə münaqişədə maraqlarından xəbərsiz olmasını səhv adlandırmışdı. Fransalı siyasətçi Ukraynanın NATO-ya daxil olmasından sonra regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı fikirlərini bildirib.
Mənbə: Lenta.Ru
Aynur Camal