Mən heç bir şəkildə Ukrayna pilotsuz təyyarələrinin Kremlə hücum etdiyini təsdiqləyə bilmərəm.
“Yeni Gundem” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib .
Onun sözlərinə görə, o, Moskvanın Ukraynanın Kremlə pilotsuz uçuş aparatları ilə guya hücum etməsi ilə bağlı xəbərlərini görüb, lakin “heç bir şəkildə onları təsdiq edə bilmir”.
“Biz sadəcə bilmirik… Kremldən gələn heç bir şey, mən çox diqqətli olardım. Gəlin görək faktlar nədən ibarətdir. Və faktları bilmədiyiniz halda bu barədə şərh vermək və ya spekulyasiya etmək çox çətindir”, – Blinken bildirib.
Qeyd edək ki, Ukrayna Kremlə iddia edilən dron hücumuna görə məsuliyyəti rədd edir.