Ukrayna pilotsuz təyyarələrlə mübarizə üçün Martlet raketləri aldıbackend

Ukrayna Silahlı Qüvvələri (AFU) Britaniyadan əlavə sayda çoxməqsədli Martlet raketləri alıb. Bu barədə “The Times” yazır.

 Nəşrin aydınlaşdırdığı kimi, raketlərin bu modeli pilotsuz təyyarələrlə mübarizə üçün istifadə olunur.

Britaniya hakimiyyəti Martlet-in Ukrayna Silahlı Qüvvələrinə təhvil verildiyini rəsmən açıqlamayıb, lakin bu raketlərin Ukraynada istifadəsi barədə ilk qeyd 2022-ci ildə ortaya çıxıb.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri David Cameron NATO xarici işlər nazirlərinin iclasında alyansın silah şirkətlərini Ukraynanın ən azı iki il ərzində tələbatını ödəmək üçün məhsuldarlığı artırmağa inandırmağa çağırıb. O, həmçinin bildirib ki, NATO ölkələri silah istehsalını artırmaq üçün iqtisadi güclərindən istifadə etməlidirlər.

Mənbə: Lenta.Ru

Aynur Camal