Ukrayna: Ruslar Starlink-dən istifadə edirlərbackend

Ukrayna Rusiya əsgərlərinin işğal olunmuş ərazilərdə Starlink-dən istifadə etdiyini iddia edib.

Müdafiə kəşfiyyatı Rusiya qüvvələrinin Starlink-dən istifadə etməsi hallarının olduğunu irəli sürüb. Starlink iddialarla bağlı diqqətçəkən açıqlama verib: “Biz Rusiyaya satmamışıq”

Bu barədə Starlink-dən də açıqlama verilib. “SpaceX Rusiya və ya ordusu ilə heç bir iş görmür”. Bəyanatda aşağıdakılar qeyd olunub:

Starlink Rusiyada aktiv deyil. Bu o deməkdir ki, o ölkədə işləməyəcək. SpaceX heç vaxt Starlink-i Rusiyaya satmayıb.

Rusiyadakı yerlərə avadanlıq göndərmədi. Əgər Rusiya mağazaları həmin ölkədə xidmət üçün Starlink satdıqlarını iddia edirlərsə, müştərilərini aldadırlar.

Açıqlamanın davamında iddiaların təsdiqlənəcəyi təqdirdə terminalların fəaliyyətinin dayandırılması üçün lazımi tədbirlərin görüləcəyi qeydi paylaşılıb. Ukraynadan verilən açıqlamada rus əsgərlərinin işğal altındakı ölkə ərazisində Starlink peyk internetindən istifadə etdiyi iddia edilib.

Starlink peykləri 2022-ci ilin fevralında Rusiyanın hücumlarından sonra Ukraynaya kömək etmək üçün tez bir zamanda yerləşdirildi.

Peyklər döyüş meydanında Kiyevin rabitəsi üçün “həyati vacib” idi. İndi isə peyklərin Rusiya ordusu tərəfindən istifadə edildiyi iddia edilir.

Ukrayna Müdafiə Kəşfiyyatının (GUR) sözçüsü Andrey Yusov, “Rus işğalçılarının sözügedən cihazlardan istifadə etməsi halları qeydə alınıb” deyib.

GUR bildirib ki, terminallar işğal altındakı Donetskin şərq bölgəsində Klişivka və Andriivka yaxınlığında döyüşən Rusiyanın 83-cü hava hücumu briqadası kimi bölmələr tərəfindən istifadə edilib.

Terminalların qurulması ilə bağlı iki rus əsgərinin söhbətinin ələ keçirildiyi bildirilir.

 Bununla belə, bu iddialar Starlink-in rəhbəri Elon Musk tərəfindən rədd edildi:

Bildiyimizə görə, heç bir Starlink Rusiyaya birbaşa və ya dolayısı ilə satılmayıb. Bir sıra saxta xəbərlər SpaceX-in Rusiyaya Starlink terminallarını satdığını iddia edir. Bu, qəti şəkildə yalandır.

Mənbə: EnSonHaber

Aynur Camal