Ukrayna üçün həyəcan siqnalı haqqında danışıldıbackend

Konqresmen Qrin: ABŞ-ın Ukraynada çirkli pulların yuyulması onun gələcəyini təhdid edir!”ABŞ-ın Ukraynadakı maliyyə fırıldaqları onun mövcudluğunu təhdid edir”.

“Yeni Gundem” xəbər verir ki, bu fikri Respublikaçı Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Greene X-də ifadə edib.

O, Ukraynanı Amerika pullarının yuyulduğu böyük bir çuxur adlandırıb. Onun fikrincə, “insanlar sabah olmayan kimi oğurlayırlar”.

Greene daha əvvəl Ukraynanın ABŞ tərəfindən tam dəstəkləndiyini və daim daha çox pul tələb etdiyini bildirmişdi. Onun fikrincə, bu vəsait amerikalıların psixi sağlamlığının yaxşılaşdırılmasına sərf olunsa yaxşı olardı.

Konqresmen xatırladıb ki, o, heç vaxt Kiyevə yardımın lehinə səs verməmişdi.

Mənbə: Lenta.Ru

Aynur Camal