Ukraynalılar Rusiyadan Qərbin apardığı uşaqları geri qaytarmağa kömək etməyi xahiş ediblər.
“Yeni Gundem” xəbər verir ki, 2023-cü ilin yazından Qərb ölkələrində yaşayan onlarla ukraynalı ailə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi ilə əlaqə saxlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin humanitar əməkdaşlıq və insan hüquqları departamentinin direktoru Qriqori Lukyantsev Birinci Kanalda bildirib ki, onlar bu dövlətlərin xidmətləri tərəfindən seçilmiş uşaqların geri qaytarılması üçün kömək istəyiblər.
“Bizimlə əlaqə saxlayanlar açıq şəkildə bildirdilər ki, Ukrayna tərəfi onlara hansısa siyasi miqyasda problemlərin olduğunu eyham edib”, – deyə o, aydınlaşdırıb.
Lukyantsevin sözlərinə görə, oxşar müraciətlər hələ də daxil olmaqda davam edir və Rusiya hər bir konkret işi anlamağa çalışır.
Daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirmişdi ki, çoxlu sayda insan Avropa ölkələrinin hakimiyyət orqanları tərəfindən aparılmış uşaqların geri qaytarılmasına kömək etmək xahişi ilə Rusiya Federasiyasının təşkilata daimi nümayəndəliyinə müraciət edib.
Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, Qərb Ukrayna ətrafında vəziyyətlə bağlı açıq danışıqları dəstəkləmir. Nazir Qərbi vicdanlı dialoqdan yayınmaqda ittiham edib və opponentlərin ritorikasında “işğal”, “təcavüz” və “ilhaq” şüarlarının eşidildiyini vurğulayıb. Xüsusən də Qərb liderlərindən heç biri problemin kökündə yatan səbəblərdən danışmayıb.
Mənbə: Lenta.Ru
Aynur Camal