“Ukraynada qalib gəlsək, ordumuz o ölkəyə girəcək”backend

“Qüvvələrimiz Ukraynada qalib gəlsələr, Rusiya Qazaxıstan üçün müharibəyə başlayacaq”. Teleqraf.com xəbər verir ki, bunu Luqanskdakı separatçı qüvvələrin keçmiş komandiri, polkovnik İqor Strelkov-Qirkin deyib.

“İndi Rusiya bu müharibənin necə bitməsindən asılı olmayaraq, Qazaxıstan üçün çox ciddi mübarizə aparır. Yəni, Rusiya salamat qalsa, bu müharibədə qalib gəlsə (biz qalib gəlməsək, ümumiyyətlə, heç nəyimiz olmayacaq), o zaman Qazaxıstan uğrunda döyüş olacaq. Əgər Qazaxıstanda Rusiyaya tamamilə loyal olan hökumət qura bilməsək, başqa bir cəbhə açmaq riskimiz var. Hətta bu müharibə vaxtı və ya yaxın gələcəkdə…” – Qirkin bildirib.