“Ukraynadakı münaqişənin nəticəsi ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinin nəticələrindən asılıdır”backend

Fransanın eks-prezidenti Fransua Olland keçiriləcək prezident seçkilərindən danışdı.

“Yeni Gundem” xəbər verir ki, Fransanın eks-prezidenti Fransua Olland Financial Times qəzetinə müsahibəsində ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinin Ukrayna böhranının inkişafına təsir edəcəyindən danışıb.

Siyasətçi Amerikanın keçmiş lideri Donald Trampın prezident olacağı təqdirdə Ukrayna münaqişəsinin necə bitəcəyi ilə bağlı fikirlərini bildirib. “Tramp seçilsə, ruslar nə əldə edibsə özləri üçün saxlaya bilərlər deyəcək. Düşünürəm belədə müharibə çox baha başa gələr” o qeyd edib.

Olland Fransa prezidentliyindən getdikdən sonra baş verən dəyişikliklərə də işarə edib. O vurğulayıb ki, “yeni geosiyasi nizamın konturları daha aydın olub, Rusiya ilə Çin arasında müttəfiqlik güclənib və Qərbə meydan oxuyub”.

Bundan əvvəl Tramp söz vermişdi ki, yenidən prezident olarsa, Moskva ilə Kiyev arasında danışıqları təşkil edəcək. Siyasətçinin sözlərinə görə, o, həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Vladimir Zelenski ilə anlaşır.

Mənbə: Lenta.Ru

Aynur Camal