Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ukraynalı bloggerə müsahibəsində Antalyada Rusiya ilə danışıqlar zamanı Rusiya naziri Sergey Şoyquya yumruq atmaq istədiyini bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ukraynalı bloggerə Rusiya işğalının ilk günlərində ölkəsində atəşkəs danışıqlarının ən çətin anlarını danışıb. 2022-ci ildə Antalyada görüşdüklərini xatırladan Kuleba, “Ən çətin danışıqlar, rəqibin burnuna yumruq vurmaq istəyib amma həqiqətən edə bilməyəcəyin danışıqlardır. Və mən deyərdim ki, bu hissi iki-üç dəfə keçirtmişəm” deyə o qeyd edib.
Nazir Kuleba Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı bu vəziyyəti yaşadığını bildirib. Rusiya-Ukrayna müharibəsinin başlanğıcında Türkiyədə aparılan danışıqların çətin keçdiyini bildirən Kuleba, bunun atəşkəs və humanitar dəhlizlərin tənzimlənməsi ilə bağlı olduğunu bildirib. Bu danışıqlarda heç bir razılıq əldə olunmayıb və o vaxtdan sonra heç bir danışıqlar aparılmayıb.
Kulebanın açıqlamalarından sonra Moskvadan cavab gəlib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Kulebanın son sözləri Ukrayna rəhbərliyinin səriştəsizliyini vurğulayır. Zaxarova “İzvestiya” qəzetinə açıqlamasında deyib:
“Problem bundadır: savadsız və aqressiv insanları Amerika puluna Ukraynanı dağıtmaq üçün nazir olmaq bəhanəsi ilə işə götürüblər”.
2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan Rusiya-Ukrayna müharibəsi iki ilə yaxındır ki, davam edir. Müharibənin ilk günlərində gərgin münaqişə dövrlərindən sonra hər iki tərəf indi meydanda irəliləyə bilmir. Çünki tərəflər uzun müddətdir ki, mövqelərini dəyişmirlər.
İsrail-Fələstin müharibəsinin başlaması ilə diqqətin onlardan çəkildiyini deyən Ukrayna prezidenti Vladimir Zelenski və administrasiyası Qərbdən dəstəyin azalmasından narahat olduqlarını bildirirlər. Rusiya Ukraynaya qarşı müdafiə mövqeyini davam etdirərkən, Gürcüstanda yeni baza yaratmağa hazırlaşması diqqət çəkir.
Mənbə: TGRT
Aynur Camal