Ukraynalı qaçqınlar getdikcə daha çox viza ilə aldadılırbackend

Britaniyada ukraynalılar getdikcə daha çox fırıldaqların qurbanına çevrilirlər.Böyük Britaniyadakı ukraynalı qaçqınlar getdikcə daha çox saxta viza və mənzil fırıldaqlarının qurbanına çevrilirlər.

 “Yeni Gundem” xəbər verir ki, bu barədə “The Independent” qəzeti xeyriyyə təşkilatlarına istinadən məlumat yayıb.

Qəzetin mənbələri bildirir ki, Ukrayna vətəndaşları krallığa giriş məktubları və saxta Böyük Britaniya vizalarına görə yüzlərlə funt sterlinq ödəməklə aldadılırlar.

“Settled” xeyriyyə təşkilatı qeyd edib ki, saxta vizaların tanınması demək olar ki, mümkün deyil, ona görə də aviaşirkətin əməkdaşları insanları təyyarəyə mindirir, lakin Böyük Britaniya gömrük rəsmiləri ukraynalılara sənədlərinin etibarsız olduğunu deyirlər.

Əvvəllər Norveç hakimiyyəti Ukraynadan ölkəyə gələn qaçqınların sayını məhdudlaşdırmaq üçün tədbirlər görüb, həmçinin onlara uşaq müavinətlərinin ödənilməsini kəsib. Son bir neçə həftə ərzində Norveç tərəfi Şimali Avropa ölkələrinə gələn bütün ukraynalıların “təxminən 60 faizini” qəbul edib.

Mənbə: Lenta.Ru

Aynur Camal