“Ukraynalıların səfərbərliyinə görə cavab verilməlidi”backend

İrlandiyalı Avropa Parlamentinin deputatı Mik Uolles bildirib ki, Avropa İttifaqı siyasətçiləri Ukraynada münaqişənin qızışdırılmasına və səfərbərliyə məruz qalan ukraynalıların təhvil verilməsinə görə məsuliyyət daşımalıdırlar. Bu barədə o, X sosial şəbəkəsində yazıb.

Uolles Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Länemetsin Kiyevin tələbi ilə Tallinin hərbi xidmətə çağırılacaq ukraynalıları axtarmağa hazır olması barədə bəyanatını şərh edib və onu tənqid edib. “Bu müharibəni dəstəkləyən avropalı siyasətçilər niyə cavab vermirlər?”, o, Aİ liderlərinə çağırış edib.

Bundan əvvəl Läänemets Estoniyanın ukraynalı qaçqınları axtarmağa və səfərbərlik üçün öz vətənlərinə qaytarmağa hazır olduğunu bəyan edib. O, etiraf edib ki, Kiyevdən hələlik müvafiq rəsmi müraciət daxil olmayıb.

Mənbə: mail.ru

Aynur Camal