Rusiya pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün istismardan çıxarılan Gepard özüyeriyən silahları Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək.
“Yeni Gundem” xəbər verir ki, bu barədə De Telegraaf məlumat yayıb.
Nəşr yazıb: “Hollandiya tərəfindən istismardan çıxarılan hava hücumundan müdafiə sistemləri [Gepard] Ukraynada cəbhədə yeni həyat alacaq.
Nəşrin məlumatına görə, hollandlar tərəfindən 2016-cı ildə İordaniyaya satılan “Gepard” özüyeriyən silahları Rusiya pilotsuz təyyarələri ilə mübarizə üçün Ukraynada yerləşdiriləcək. Lakin Hollandiya Müdafiə Nazirliyi Gepardın Ukrayna Silahlı Qüvvələrinə verilməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
Xatırladaq ki, oktyabr ayında Almaniya Ukraynaya hərbi yardım paketini təhvil vermişdi. Buraya üç Gepard özüyeriyən silahı və 40 RQ-35 Heidrun və Vector kəşfiyyat aparatları daxildir.
Mənbə: Lenta.Ru
Aynur Camal