Ukraynaya yardım göstərmək üçün yeni üsul təklif edildibackend

Macarıstan Ukraynaya yardım göstərmək üçün yeni üsul təklif edib.

 “Yeni Gundem” xəbər verir ki, Macarıstanın baş naziri Aİ büdcəsindən yardım əvəzinə Ukrayna üçün fond yaratmağı təklif edib.

Ukraynaya Avropa İttifaqı (Aİ) büdcəsindən vəsait ayırmaq əvəzinə, yeni yardım üsulu təklif edilməlidir. RİA Novosti yazır ki, bu təşəbbüslə Macarıstanın baş naziri Viktor Orban çıxış edib.

“Əgər biz Ukraynaya pul vermək istəyiriksə, hökumətlərarası razılaşmalar əsasında xüsusi pul fondu yaradaq”, deyə o vurğulayıb.

Mənbə: Lenta.Ru

Aynur Camal