“Ulduz” jurnalının avqust buraxılışı işıq üzü görübbackend

 

Ulduz” jurnalının avqust nömrəsi işıq üzü görüb.

YeniGündəm” xəbər verir ki, jurnalın bu nömrəsi Nargisin “Özüylə söhbəti və şeirləri”ylə açılır.
Nəşrin “Müzakirə saatı”nda “Nizami Gəncəvi və çağdaş ədəbi gənclik” mövzusunu gənc yazarlar müzakirə edir. “Yazı masası”nın qonağı şair Səlim Babullaoğludur.
“Ulduz”un bu nömrəsindən “Əli Əmirli – Ustad dərsləri” başlayır. “Təbriz eli” Nurəddin Muqəddəmin (Aydın Duman) hekayəsini təqdim edir. “Nəsr”də oxucuların qonağı Simran Qədimdir. “Şeir vaxtı”nda Xalid Mahmud, Sabir Yusifoğlu, Arzu Hüseyn və Orxan Yaşarın şeirləri dərc olunub. “Tənqid” bölməsində Elnarə Akimovanın “Modern sənət prinsipləri kontekstində Nizami” və Vaqif Yusiflinin “Ədəbi fraqmentlər: Zərdüşt Şəfini oxuyandan sonra” yazıları yer alıb. “Tribuna”da İradə Aytel Rəşad Məcid yaradıcılığından, Bilal Alarlı “Şeirimizin şəhid obrazi – Əkbər Hüseynli”dən yazır.
“Ulduz”un avqust nömrəsində Mahirə Nağıqızının Aşıq Ələsgər yaradıcılığından yazısını, Xatirə Rəhimbəyli, Günay Ümid, Süleyman Abdulla, Aləmzar Sadıqqızı, Mütalib Tahiroğlu, Nazilə Gültacın şeirlərini, İlham Qəhrəmanın bayatılarını oxuya bilərsiniz. Nizami Tağısoyun “Abay yaradıcılığı dünya ədəbiyyatşünaslığında və başqa dillərə tərcümə müstəvisində” araşdırması da bu nömrədə yer alıb.
Gülnar Səma “Aysel Xanlarqızının “Darıxan şeirlər”indən söz açır. “Dərgidə kitab”da oxucuların görüşünə “Mirzə əfsanəsi”ylə Ələmdar Cabbarlı qonaq gəlib.