Vətən müharibəsində 44 günə torpaqlarımızı işğaldan azad edən, dünyanın ən güclü orduları sırasında yer alan bugünkü ordumuzun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
Millət vəkili vurğulayıb ki, Ulu öndər Heydər Əliyev Azərbaycan ordusunun müasir hərbi texnikalarla təmin olunmasına xüsusi diqqət ayırar, eləcə də Azərbaycan əsgərinin, zabitinin vətənpərvər olmasının vacibliyini qeyd edərdi.
“Sovetlər İttifaqı dövründə ulu öndər Heydər Əliyev Azərbaycanda milli hərbi kadrlar hazırlanması üçün böyük cəsarətli addımlar atmışdır. Ötən əsrin 70-ci illərində Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin, Birləşmiş Komandirlər ali hərbi məktəbin yaradılması, yüzlərlə azərbaycanlı gənclərin SSRİ nin ən nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərilməsi bugünkü güclü Azərbaycan ordusunun yaranmasına böyük təkan olmuşdur. Müstəqil Azərbaycanın Prezidenti kimi də ulu öndər ölkəmizin qüdrətli bir dövlətə çevrilməsi üçün güclü ordunun olmasının vacibliyini vurğulayırdı. Ulu öndər güclü ordu yaradılması üçün hər bir vətəndaşımızın orduya diqqət və qayğı ilə yanaşmasını şərəf borcu olduğunu qeyd edirdi. Ulu öndər hər zaman hərbi və zabit peşəsini müqəddəs peşə hesab edirdi. Onlar Vətəni, dövləti qorumaqla müqəddəs bir amala xidmət edirlər. Ulu öndər hər zaman Azərbaycan ordusunu güclü ordu, Azərbaycan hərbiçilərinin igid, mərd, cəsur olduğunu vurğulayaraq və hər bir vətəndaşa ordumuza güvənməyi tövsiyyə edirdi. Ulu öndər Heydər Əliyev bütün çıxışlarında Azərbaycan dövlətinin və Azərbaycan xalqının sülhsevər olduğunu qeyd edər və ölkəmizin güclü ordu yaratmaqda məqsədi digər ölkələrin torpaqlarını işğal etmək deyil, işğalda olan torpaqlarını azad etməkdir. Güclü ordu yaratmaq həm də Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və əbədi etmək üçün çox önəmlidir. Ulu öndər Heydər Əliyev Azərbaycan ordusunun müasir hərbi texnikalarla təmin olunmasına xüsusi diqqət ayırar, eləcə də Azərbaycan əsgərinin, zabitinin vətənpərvər olmasının vacibliyini qeyd edərdi. Ulu öndər hər zaman Azərbaycan ordusuna güvəndiyini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş istənilən təxribata layiqli cavab verməyə hazır olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan gəncinə Azərbaycan ordusunda xidmət etməyi müqəddəs bir borc olmasını tövsiyyə edirdi”,- deyə o qeyd edib.
Fərahim Rəhimov