Ümrə dövrü ilə bağlı yeni bir inkişaf həyata keçirilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tevfik er-Rabia, Səudiyyə Ərəbistanına gedəcək vətəndaşların, xüsusən də Ümrə ziyarətini yerinə yetirəcək şəxslərin prosesi sürətləndirmək üçün elektron vizalardan istifadə etməyə başlayacaqlarını və bu çərçivədə bir il ərzində 90 gün müddətində iqamətgah əldə edə biləcəklərini deyib.
“Qonaqların hərəmə gəlişinin daha asan olması üçün hərəmi rəqəmsallaşdırırıq. səfər daha dəyərli və dolğun olacaq. Bu addım Ümrələrə daha səmərəli və üstün xidmətlərin göstərilməsi keyfiyyətini artırır. Bu, Səudiyyə Ərəbistanı üçün 2030-cu ilə kimi hədəflərimizdən biridir”.
“İnsanlar bu vizanı 5 dəqiqədən az müddətdə evlərindən və ya hər yerdən ala biləcəklər. Yaxud Səudiyyə hava limanlarından da bu vizanı əldə edə bilərlər” – deyə məlumatda qeyd edilib.
Mənbə: TGRT
Aynur Camal