Ümumi seçkilərdə səsvermə başladıbackend

Hollandiya xalqı ümumi seçkilər üçün sandıq başına gedir. Seçkilərin ilk nəticələrinin gecə saatlarında açıqlanacağı gözlənilir.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, seçkilərdə 150 ​​yer uğrunda 1126 namizəd və 26 partiya mübarizə aparır. 42 türk əsilli namizədin qatıldığı seçkilərdə heç bir partiyanın təkbaşına hökumət qurmaq üçün çoxluğa çatması gözlənilmir.

Hollandiya mediası səsvermə prosesi başa çatdıqdan sonra exit-pollları dərc etməyə başlayacaq. Rəsmi nəticələr seçki tarixindən ən tez 8 gün sonra elan ediləcək.

Nəticələr rəsmiləşdikdən sonra hökumətin formalaşdırılması ilə bağlı danışıqlara başlanılacaq. Bildirilir ki, parlamentdə ən çox yerə sahib olan partiyanın hökumət qurmaq üçün digər partiyalara təklif verəcəyi proses günlər, həftələr, hətta aylar çəkə bilər. Əvvəllər ölkədə hakimiyyət 2021-ci ildə seçkidən sonra 229 gün ərzində qurulmuşdusa, bu proses 2017-ci ildə 225 gün, 1977-ci ildə 208 gün, 2012-ci ildə 54 gün davam etmişdi.

Son illər davamlı olaraq koalisiya hökumətləri ilə idarə olunan ölkədə bir partiya hökumət qurmaq üçün parlamentdəki 150 deputatdan ən azı 76-nın dəstəyini almalıdır.

İslamofob və ifrat sağçı Vildersin partiyası artmaqdadır

Son sorğulara görə, müvəqqəti hökumətin ədliyyə və təhlükəsizlik naziri Dilan Yeşilgöz-Zegeriusun rəhbərlik etdiyi Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının (VVD) əvvəlki ilə müqayisədə səsləri azalsa da, 29 mandat qazanaraq birinci olacağı gözlənilir.

Bildirilir ki, İslam əleyhdarı və ifrat sağçı Geert Wilders-in rəhbərlik etdiyi Azadlıq Partiyası (PVV) 2021-ci il seçkilərində qazandığı 17 mandatı 20-nin üzərinə çıxara bilər.

Mənbə: TrtHaber

Aynur Camal