Un tapmaq üçün 12 km ayaqyalın getdibackend

Qəzzəli uşaqlar aclığın məngənəsindədir! O, un tapmaq üçün 12 km ayaqyalın getdi.

Qəzzada öldürülən 30 min adamın 13 mini uşaq idi. 17 mindən çox uşaq yetim qaldı. Sağ qalanlar isə aclığın məngənəsindədir. Aclıqdan ölən uşaqların sayı 15-ə çatıb. Bu uşaq ailəsi üçün un tapmaq üçün 12 kilometr yol getdi. Və hətta ayaqlarında corab olmadan. Digər uşaq isə kartof suyu içməkdən bezdiyi üçün ancaq çörək istədiyini deyib. Ürək ağrıdan vəziyyəti dəyərləndirən A Xəbər aparıcısı Cansın Helvacı, “Dünyanın harasına baxırsan bax, bunlar uşaqdır və bu yaşda həyatlarından uzaqlaşdıqlarını deyirlər. Onlar kartof şirəsi içir, heyvan yemi yeyirlər. Dünya hələdə bu uşaqları görmür? Onun xarici görünüşü, rəngi, danışığı və ya nəyi bəyənmirlər? Edilənlər bəşəriyyətə hara sığdı? “Baş verənləri dərk etmək həqiqətən çətindir” – deyə müxbir üsyan etdi.

Mənbə: Ahaber

Aynur Camal