Universitet tələbəsi çaqqal hücumu nəticəsində öldübackend

Keniyada çaqqal hücumu nəticəsində 1 universitet tələbəsinin öldüyü, 2 nəfərin yaralandığı bildirilib. Keniya Vəhşi Təbiət Xidmətindən (KWS) verilən açıqlamada, vəhşi heyvanların qorunduğu Nayrobi Milli Parkında çaqqal hücumu edildiyi paylaşılıb.

Açıqlamada, hücum zamanı 1 universitet tələbəsinin öldüyü, 2 nəfərin yaralandığı, yaralıların isə müalicə üçün bölgədəki xəstəxanalara aparıldığı bildirilib.

Açıqlamada bölgədə çaqqalların miqrasiya yolunda olduğu barədə xəbərdarlıq edilib və yerli əhalidən diqqətli olmağa çağırılıb.

Mənbə: TrtHaber

Aynur Camal